"Heydər Əliyevin qurduğu Azərbaycan güclənir" - Əli Əhmədov
    • 10-05-2023, 10:00
    • 216

"Heydər Əliyevin qurduğu Azərbaycan güclənir" - Əli Əhmədov

"Xalq ulu öndər Heydər Əliyevin xalqımızın qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, həmişə qəlbində saxlayır, xatirəsini hər zaman yüksək tutur”.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov bildirib.

Əli Əhmədov qeyd edib ki, Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Heydər Əliyevin qurduğu Azərbaycan güclənir, qüdrətlənir. Azərbaycan güclü dövlətə çevrilib. Bunun ən parlaq nümunəsi 30 il işğal altında qalan Azərbaycan torpaqlarının azad olunmasıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqları artıq işğaldan azad edilib. Azərbaycan Heydər Əliyevin yaratdığı bünövrə üzərində uğurla inkişaf edir".

Turan