-
- 10-05-2023, 16:57
- 372
“124 min peyğəmbər haqqı Azərbaycanda təhsil yoxdur” - Seyran Səxavət
Ali məktəblərə qəbul planı ilbəil artırılır. 2022-2023-cü ildə bu rəqəm 60 minə çatdırılıb. şübhəsiz, hər bir valideyn də övladını tələbə görmək istəyir. Təxmini hesablamalara görə, azərbaycanlılar repetitor fəaliyyətinə ildə 200 milyon manatdan çox vəsait sərf edir. Özlüyündə kiçik olmayan bu rəqəmin arxasında duran yeganə məqsəd abituriyentin qəbul imtahanında zəruri balı toplamasıdır.
Azərbaycanlıların uşaqlarına ali təhsil vermək həvəsi sovet dövründən qalmaq ənənədir, yoxsa bu, yeni meyldir? Niyə hamı övladının diplomlu olmasını istəyir?
News24.az xəbər verir ki, Yenisabah.az-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət deyib ki, diplomlu olmaq hələ hər şeyi həll etmək demək deyil.
Onun sözlərinə görə, bu, sovet dövründən, hətta ondan da o tərəfə qalan bir ənənədir.
Yazıçının fikrincə, hamı diplom almaq, oxumuş adam kimi görünmək istəyir:
“İntəhası bu tendensiya birtərəflidir. Sovet vaxtı bu, məqsədəuyğun idi. Bəs bu gün? Hamı ali savadlı olsa, bəs santexnik, tornaçı, fəhlə kim olacaq?
Mən bu nikbinliyə heyran qaldım. Çünki bu gün ali savadlıların çoxu ya santexnik, ya döşəmə vuran, ya suvaqçı, ya da qaynaqçıdır. Ona görə də bundan qəti nigaran qalmaq lazım deyil.
Belə bir misal var: “Sən ağa, mən ağa, inəkləri kim sağa?” Bir dəfə kimsə demişdi ki, dünyanın hər yerində pul verib adamı oxutdurub, ona təhsil və savad verirlər. Amma Azərbaycanda pul verirlər ki, bunu bisavad və şikəst et, təki diplomu olsun. Mirzə Ələkbər Sabir demişkən, biz belə canlarıq”.
Yazıçı əlavə edib: “O ki qaldı müəllimə, repetitora xərclənən pullara, onun da bir obyektiv səbəbi var və bu da problemi doğurur. Bu gün məktəblərimizdə təhsil yoxdur. Bunu hamı deyir, mən də, 124 min peyğəmbər haqqı təhsil yoxdur. Çünki sovet təhsil sistemini darmadağın etdilər, yenisini isə yarada bilmədilər, mən bunun canlı şahidiyəm. Hamı bilir ki, Azərbaycanda sovet təhsil sistemi ilə oxuyub Nobel mükafatı alanlar olub. İndi isə nəinki mükafat, heç təhsil alan da yoxdur. Axı təhsili verən olmalıdır ki, onu alan da olsun”.