Pakistanda keçmiş xarici işlər naziri həbs edildi
    • 11-05-2023, 10:13
    • 181

Pakistanda keçmiş xarici işlər naziri həbs edildi

Pakistanda müxalif “Təhrik-i İnsaf” partiyasının sədr müavini, ölkənin keçmiş xarici işlər naziri Mahmud Qureşi həbs edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət partiyası Qureyşinin tərəfdarlarını etirazları davam etdirməyə çağıran müraciətini dərc edib. 

Onun partiyası tərəfdarlarını etiraza çıxmaq üçün təhrik etməyə başlayıb. Ölkənin böyük şəhərlərində nümayişlər keçirilib. 

Təkcə Pəncab əyalətində etirazçılar hökumətin 25-dən çox polis avtomobilini məhv edib, 14 hökumət binasına hücum ediblər.

130-dan çox polis əməkdaşı ağır yaralanıb. Əyalətdə ümumilikdə 945 etirazçı saxlanılıb.