Yasamal rayonunda mənzillərdən oğurluq edən şəxs saxlanılıb
    • 16-02-2019, 15:12
    • 901

Yasamal rayonunda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də və 9-da 2-ci Alatava yaşayış sahəsindəki iki mənzildən qızıl-zinət əşyaları, televizor və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum edilən Ramin Ələsgərov olduğu müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

//AZƏRTAC