Fərrux Fərəcullayev yeni vəzifəyə TƏYİN EDİLDİ
    • 15-05-2023, 14:34
    • 977

Fərrux Fərəcullayev yeni vəzifəyə TƏYİN EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də yeni təyinat olub.

News24.az xəbər verir ki, qurumdan verilən məlumata görə, Kommersiya departamentinin direktoru vəzifəsinə Fərrux Fərəcullayev təyin edilib.

F.Fərəcullayev “AzInTelecom” MMC-də peşəkar fəaliyyətinə 2017-ci ildə başlayıb və daha öncə Məhsul və Xidmətlər şöbəsinin müdiri olub.

Qeyd edək ki, bundan öncə “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru vəzifəsini Ruslan Əliyev icra edib. F.Fərəcullayevin xələfi ötən ay öz ərizəsi ilə tutduğu vəzifədən ayrılmışdı.