-
- 15-05-2023, 14:39
- 403
Sülhə nə mane olur? - Britaniya ordusunun keçmiş zabiti SENSASİON DETALLARI AÇDI
“Moskva Qarabağa yeni general təyin etməklə növbəti dəfə əzələlərini nümayiş etdirməyə çalışır. Davamlı sülh Kremlin planlarını pozacaq”.
News24.az xəbər verir ki, bunu Britaniya ordusunun keçmiş zabiti, ATƏT-in Donetskdəki (Ukrayna) keçmiş rəhbəri, Aİ-nin Gürcüstandakı müşahidə missiyasının baş meneceri Mett Uotli deyib.
“Ukraynada davam edən müharibəyə diqqət yetirdiyi üçün Rusiya özünün tarixi təsir dairəsinə, xüsusən də Moskvanın mövqelərinin sarsıdıldığı Cənubi Qafqaza adekvat diqqət yetirə bilməyib. Qarabağdakı sülhməramlı qüvvələrin komandanı general Aleksandr Lentsov Rusiyanın ən təcrübəli hərbi xadimlərindən biridir və onun Qarabağa gəlməsi Moskvanın Cənubi Qafqazda öz nəzarətinə ciddi yanaşdığına işarədir. Bir çox ekspertlər hesab edirlər ki, Ermənistanla müttəfiq olan Rusiya münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq istəyir. İstənilən sülh sazişi çox güman ki, Azərbaycan üçün faydalı olacaq və Kremlin Cənubi Qafqazda təsirini zəiflədəcək”, - britaniyalı ekspert qeyd edib.
Onun sözlərinə görə, bu şübhələr ötən ilin noyabrında Kremlə bağlı oliqarx Ruben Vardanyanın Qarabağın “dövlət naziri” təyin edilməsindən sonra daha da güclənib.
O hesab edir ki, Rusiya atəşkəs razılaşmasının şərtlərinə əsasən 2000 silahlı sülhməramlı yerləşdirdiyi regionda təsir və nəzarəti saxlamaq qabiliyyətini itirir: “Dondurulmuş münaqişə Moskva üçün faydalıdır. Bu cür hərəkətin məqsədəuyğun göründüyü zaman qarşıdurmanı gücləndirmək üçün Bakı və İrəvan arasında həll olunmamış narazılıqlara arxalana bilər. Sülh sazişi Moskvanın Qarabağda sülhməramlılara ehtiyacını da aradan qaldıracaq ki, bu da Kremlin yaxın qonşuları üzərində hökmranlığı üçün həlledici hesab edir. Əgər Qərb İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına vasitəçilik etsə, həm də Moskvanın təsir dairəsi hesab etdiyi regionda ABŞ və Avropanın təsirini genişləndirəcək”.
Turan