Teatrda yeni QARŞIDURMA:
    • 15-05-2023, 16:41
    • 600

Teatrda yeni QARŞIDURMA: "Mənə teatrdan “çıx get” dedilər"

Mehriban Ələkbərzadənin Dövlət Gənc Tamaşaçılar Teatrındakı vəzifəsindən getməsindən sonra yeni baş rejissorun kim olacağı məsələsi narahatlıq yaradıb. Hər kəs öz namizədinin adını açıqlayıb.

News24.az xəbər verir ki, Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov Yenicag.az-a açıqlamasında teatra layiqli bir namizədin baş rejissor vəzifəsinə təyin olunması ilə bağlı çağırış edib:

“Mən rejissor Nicat Kazımovun baş rejissor olmasını istəyirəm. Gəlsin və bu qoca kişini də dəvət etsin, gedib teatrda yaşlı rolları oynayım. Halbuki cavan oğlana oxşayıram. Nicat bu tendensiyanı yox eləsin. Yaşlı nəsil aktyorlar da teatra lazımdır. Gənc nəsil onlara baxıb öyrənməlidir. Necə ki, eyni yolu biz də vaxtilə keçmişik. Nicat Kazımov bizim teatrda böyüyüb, püxtələşib. İnanıram ki, o, seçilsə, teatrda köhnə ənənəni ləğv edib, yeni ənənələr yaradacaq və teatrı yüksəklərə qaldıracaq. Yaxşı aktyorları teatrdan çıxarmaq olmaz. Ağasadıq Gəraybəyli 90 yaşında gözü görməyə-görməyə baş rolda çıxış edib. Mən özümü cavan oğlanlardan əskik bilmirəm. Amma mənə teatrdan “çıx get” dedilər. Həmin o çıxıb gedənləri yenidən səhnəyə qaytarmaq lazımdır”.