Nihal Candan: “Namaz yuxudan yaxşıdır”
    • 13-05-2024, 22:40
    • 322

Nihal Candan: “Namaz yuxudan yaxşıdır”

Dələduzluq və çirkli pulların yuyulmasında ittiham edilərək saxlanılan sosial medianın nüfuzlu şəxsləri Bahar və Nihal Candan bacıları noyabrın 16-da həbs edilib. 37 kiloya düşdüyü deyilən və psixoloji narahatlığı olan Nihal Candan səhhətində yaranan problemə görə evə buraxılıb. 

News24.az xəbər verir ki, müalicə ehtiyacı olan Candan televiziyaya müsahibələr verməyə başlayıb. Candan bir müddət əvvəl YouTube-da yayımlanan bir proqramda verdiyi açıqlamalarla sosial mediada gündəm olub.

Candan həbsxanada olarkən namaz qılmağa başladığını deyib və bu açıqlamaları verib:

“Biz beton arasında bildiyimiz bütün meditasiya təcrübələrini Baharla etdik. Onsuz da səhər namazını qaçırtmazdım. Səhər namazı mənim üçün çox dəyərlidir. Çünki orada bir hədis var; “Namaz yuxudan yaxşıdır”. Ən sevdiyim hədisdir. Mən sadəcə gündə 7 rükət namaz qılmadım. 7 saat həbsdən çıxdım. Təhəccüd və nəfilə namazları ilə. Həbsxanada gündə 7 rükət namaz qılırdım. Bacıma bir az da təsəvvüf və Mövlana şüurunu aşılamağa çalışdım”.

37 kiloya qədər arıqladığı bildirilən Nihal Candanın sifətindəki dəyişiklik diqqətdən yayınmayıb. Bir çox sosial media istifadəçisi Candanın dodaq və yanaqlarına botoks vurması diqqət çəkib.

Günel Məlikzadə