Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO
    • 13-05-2024, 23:24
    • 336

Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO


Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, o, bu barədə “Instagram” səhifəsində paylaşım edib.

Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:

“Dostlar, son iki gündə telefonlara cavab verə bilmirəm, üzrlü hesab edin. Sırf səhhətimlə əlaqədardır. Yaxın günlərdə hər şey normala dönəcək”.