Özbəkistanın eks-prezidentinin oğlu həyat yoldaşını döydü - FOTO
    • 16-05-2023, 13:29
    • 123

Özbəkistanın eks-prezidentinin oğlu həyat yoldaşını döydü - FOTO

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun oğlu Moskva yaxınlığında saxlanılıb.

News24.az xəbər verir ki, Pyotr Kərimov, həyat yoldaşını döyməkdə şübhəli bilinir.

Qadın hazırda xəstəxanadadır.

Bəzi məlumatlara görə, insident Krasnoqorsk şəhərinin Podmoskovnıy bulvarında çoxmərtəbəli binada baş verib. Pyotr Kərimovun həyat yoldaşına bir neçə zərbə vurduğu bildirilib. 

O, polis bölməsinə aparılsa da, dindirildikdən sonra sərbəst buraxılıb.

Hazırda araşdırma aparılır. /Ren TV/