"Yaşı 60-dan yuxarı olan müəllimlər də sertifikasiyada iştirak edəcək" - Nazir
    • 16-05-2023, 16:22
    • 415

"Yaşı 60-dan yuxarı olan müəllimlər də sertifikasiyada iştirak edəcək" - Nazir

Bu il sertifikatlaşdırmada iştirak üçün 33315 müəllimin məlumatı sistemə daxil edilib.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, mayın 18-də həmin müəllimlərin şəxsi kabinetlərinə keçiriləcək sertifikasiya imtahanı ilə bağlı məlumatlar göndəriləcək:
"Onların 5290 nəfəri 60 yaşdan yuxarı müəllimlərdir. Qanun qəbul edilsə, həmin müəllimlər prosesdə könüllü iştirak edəcəklər. 
Ötən il sertifikatlaşdırmada uğur qazanmayan 2803 müəllim təkrar sertifikatlaşmaya cəlb olunacaq. Uğursuz olduqları təqdirdə müqavilələrinə xitam veriləcək.

Növbəti 3 il ərzində məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətindən 17 000 nəfərin sertifikatlaşdırmaya cəlb olunması əsas hədəflərdəndir".

Turan