12045 tərbiyəçidən 49 faizinin təhsili yoxdur
    • 16-05-2023, 16:32
    • 246

12045 tərbiyəçidən 49 faizinin təhsili yoxdur

Məktəbəqədər təhsil müəssisələrində çalışan heyətin məlumatlarının təhlili aparılıb. 

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, burada çalışan 12045 nəfər tərbiyəçi müəllimdən 49 faizinin (5881 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. E.Əmrullayev qeyd edib ki, hazırda həmin müəllimlərin əmək müqavilələrinə xitam verilməsi müzakirə mövzusu deyil: "Bütün proses bitdikdən sonra qanunun tələbinə uyğun olaraq davam edəcəyik".

Nazir bildirib ki, həmin şəxslər sənədlərini təqdim etdikləri təqdirdə onlara müvafiq vahid tarif cədvəlinə uyğun əməkhaqqı ödənişi ediləcək.

Turan