Göyçayda avtomobillər toqquşub, xəsarət alanlar var
    • 16-05-2023, 16:37
    • 235

Göyçayda avtomobillər toqquşub, xəsarət alanlar var

Göyçayda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "BMW" markalı minik avtomobillər hərəkətdə olan zaman toqquşub. Nəticədə 5 nəfər yaralanıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./report/