Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var
    • 29-03-2023, 19:13
    • 250

Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var

Göyçay şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

News24.az APA-ya istinadla xəbər verir ki, Göyçay şəhərinin Heydər Əliyev prospektində "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yol kənarında dayanmış "Hyundai" və "VAZ-2104" markalı avtomobillərə çırpılıb. Hadisə zamanı rayon sakini, 2002-ci il təvəllüdlü Bəkirov Anar Əlikram oğlu və adları hələlik məlum olmayan iki nəfər xəsarət alıblar. Yaralılar dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.