İki hərbçimizin öldüyü dəhşətli qəzanın VİDEOSU
    • 16-05-2023, 18:13
    • 246

İki hərbçimizin öldüyü dəhşətli qəzanın VİDEOSU

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Goranboy rayonunda iki hərbçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

News24.az faciəvi qəzanın görüntülərini təqdim edir:

Qeyd edək ki, bu gün səhər Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev "Mercedes" markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüblər.

Bildirilib ki, qəzada ölənlərin hər ikisi hərbçidir. Belə ki, Nicat Nəbiyev N saylı hərbi hissədə müddətdən artıq qulluq edən əsgər, Elvin Quliyev isə gizir kimi xidmət aparırmış.

Taleh BAĞIROV