Şabranda kütləvi zəhərlənmə olub
    • 16-05-2023, 20:22
    • 258

Şabranda kütləvi zəhərlənmə olub

Şabranda kütləvi zəhərlənmə olub, 18 nəfər zəhərlənib.

News24.az -ın məlumatına görə, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyilə 18 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Aralarında xarici vətəndaşlar da var.

Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.