Rusiya Ukraynanın iki dronunu vurub
    • 17-05-2023, 01:10
    • 185

Rusiya Ukraynanın iki dronunu vurub

Rusiya sərhədçiləri Ukraynaya məxsus iki kamikadze dronunu məhv edib.

News24.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt deyib.

O, dronların birbaşa sərhəd xəttində vurulduğunu bildirib.

Hər iki dron yerə düşərək partlayıb, qəlpələr yaxınlıqdakı ekskavatoru zədələyib.