"ABŞ dünya üçün əsas təhlükədir" - Kissincerdən SENSASİON AÇIQLAMA
    • 18-05-2023, 11:35
    • 148

"ABŞ dünya üçün əsas təhlükədir" - Kissincerdən SENSASİON AÇIQLAMA

“ABŞ və Çini dünya və bəşəriyyətin mövcudluğu üçün əsas təhlükədir, çünki onlar bir-biri ilə münaqişəyə doğru gedirlər”.

News24.az xəbər verir ki, bu sözləri ABŞ-nin keçmiş dövlət katibi və milli təhlükəsizlik müşaviri Henri Kissincer “The Economist” jurnalına müsahibəsində  deyib.

Kissincer bildirib ki, ABŞ və Çin liderləri arasında görüş baş verərsə, ABŞ Prezidenti iddiaları sadalamaq əvəzinə bunları deyəcək: “Cənab Sədr (ÇXR), indi dünya üçün iki əsas təhlükə var, ikimiz. O mənada ki, insanlığı məhv etmək qabiliyyətimiz var. Düşünürəm ki, biz razılaşmalıyıq ki, belə bir vəziyyətdən qaçmağa çalışacağıq”.

Onun fikrincə, Vaşinqtonla Pekin arasında münasibətlərin hazırkı vəziyyəti son dərəcə təhlükəlidir və Birinci Dünya Müharibəsindən əvvəlki vəziyyətə bənzəyir: “O zaman tərəflərin “siyasi güzəştlər üçün əhəmiyyətli imkanları yoxdur və istənilən disbalans fəlakətli nəticələrə səbəb ola bilər”. 

Kissincer hesab edir ki, Tayvan ətrafında mümkün hərbi münaqişə nəticəsində həm adanın özü, həm də mikroprosessorlarla təchizat mənbələrini itirəcək dünya iqtisadiyyatı məhv olacaq. “Biz böyük güclər arasında qarşıdurma yolundayıq. Və həyəcanı artıran odur ki, hər bir tərəf özünü digər tərəfin strateji təhlükə törətdiyinə inandırıb”, - Kissincer qeyd edib.

O, hər iki tərəfə daha ehtiyatlı ritorika və məsləhətçilər qruplarının yaradılması ilə Tayvanla bağlı gərginliyi azaltmağa çalışmağı tövsiyə edib. Kissincer vurğulayıb ki, ABŞ hazırkı Çin hakimiyyətinin öz sələflərindən daha radikal olub-olmadığını yoxlamağa və dünyada “tarazlığı saxlamağa” davam etməyə borcludur.

Diplomat xəbərdarlıq edib ki, Ağ Ev Pekinlə dialoq qurmaq kursunu tutmalıdır, lakin belə yanaşma uğursuz ola bilər. Buna görə də, hər halda, Birləşmiş Ştatlar uğursuzluğun nəticələrinin öhdəsindən gələcək qədər hərbi cəhətdən güclü olmalıdır.

Turan