İranlı nazirdən vətəndaşlara gülməli kondisioner TƏKLİFİ
    • 18-05-2023, 11:36
    • 125

İranlı nazirdən vətəndaşlara gülməli kondisioner TƏKLİFİ

İranın energetika naziri yayın bir ayı ərzində kondisioneri söndürən hər kəsə bir milyon tümən hədiyyə vədi ilə çıxış edib.

“Azad İran” “Telegram” kanalının yaydığı məlumata görə, təklif sakinlər tərəfindən gülüşlə qarşılanıb.

Bildirilib ki, bunu eşidən xuzistanlılar nazirə Əhvaz şəhərinə gedib avqust ayını kondisionersiz keçirməyi təklif ediblər və bildiriblər ki, qala bilsə, özləri ona beş milyon tümən verəcəklər.