Brüsseldə əsir və itkin düşən hərbçilərlə bağlı RAZILIQ ƏLDƏ OLUNUB
    • 18-05-2023, 15:55
    • 208

Brüsseldə əsir və itkin düşən hərbçilərlə bağlı RAZILIQ ƏLDƏ OLUNUB

“Avropa İttifaqı Şurası prezidentinin bəyanatından məlum olur ki, Brüsseldə keçirilən görüşdə məhbusların və digər saxlanılan şəxslərin sonrakı azadlığa buraxılması, itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı müəyyən anlaşma əldə olunub”.

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 18-də hökumətin iclasında deyib.

“Məsələnin həssaslığını nəzərə alaraq, yalnız onu deyə bilərəm ki, qarşıdakı görüşlərdə bu mövzuda müzakirələr davam etdiriləcək”, - Paşinyan bildirib.

Turan