-
- 18-05-2023, 15:47
- 331
Paşinyan AÇIQLADI: "Azərbaycanla Ermənistan arasında dəmir yolu..."
“Mayın 14-də Brüsseldə keçirilən görüşün yekunlarına dair bəyanatda Bakı və Qarabağ erməniləri arasında dialoqun vacibliyi vurğulanıb. Bu, Azərbaycanla münasibətlərin real və hərtərəfli həlli və regionda davamlı sülhün bərqərar olması üçün vacib olan prosesdir. Ona görə də bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını xeyli sürətləndirəcək”.
News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında çıxışı zamanı deyib.
“Brüsseldə Ermənistan-Azərbaycan sürətli avtomobil yolunun yenidən qurulması ilə bağlı müəyyən müsbət anlaşma formalaşıb, lakin əvvəlki təcrübəni nəzərə alaraq, bu hissəyə hər hansı diqqət yetirməkdən çəkinəcəyəm. Bir daha vurğulamaq istərdim ki, Ermənistan Respublikası 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində və yenidən 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılmasını həyata keçirməyə hazırdır”.
Turan