Şahzadə və xanımı qəzaya DÜŞDÜ
    • 18-05-2023, 16:29
    • 237

Şahzadə və xanımı qəzaya DÜŞDÜ

Şahzadə Herri və xanımı Meqan Markl avtomobil qəzası keçirib.

News24.az olay-a istinadən xəbər verir ki, cütlük ötən gün paparatsiyalar tərəfindən izlənilib. Onlar jurnalistlərdən qaçarkən zəncirvari qəzaya düşüblər. 

Cütlüyün yaxınları qəza keçirdiklərini doğrulasa da, onların vəziyyətlərinin necə olduğu barədə məlumat verilməyib. 

Qeyd edək ki, Herrinin anası, Şahzadə Diana Parisdə keçirdiyi avtomobil qəzasında həlak olmuşdu.