"Bakı üçün inanılmaz fürsət, Türkiyə və İran..." - Overçukdan dəhliz AÇIQLAMASI
    • 19-05-2023, 17:15
    • 267

"Bakı üçün inanılmaz fürsət, Türkiyə və İran..." - Overçukdan dəhliz AÇIQLAMASI

Rusiya tərəfi Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensiala malikdir. 

News24.az
xəbər verir ki, bunu “Rusiya - İslam dünyası: KazanForum” XIV Beynəlxalq İqtisadi Forumunda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Azərbaycanın unikal coğrafi mövqeyini, iqtisadiyyatının strukturunu, xarici ticarətini, milli inkişaf planlarını nəzərə alaraq, biz burada Azərbaycan Respublikası ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensial görürük”, - deyə o bildirib.

Baş nazirin müavini vurğulayıb ki, Aİİ-nin fəaliyyəti dövründə iştirakçı ölkələrin qarşılıqlı ticarəti 87% artıb. “Eyni zamanda, Aİİ üzvü olan ölkələrin xarici ticarəti digər ölkələrlə müqayisədə 59% artıb. Yəni, bu gün əminliklə deyə bilərik ki, Aİİ üzvü olan ölkələr faydanın dadını hiss ediblər. Aİİ daxilində inteqrasiya həqiqətən üzv dövlətlərə fayda gətirir”, - Overçuk qeyd edib. 

Onun sözlərinə görə, Azərbaycan və Aİİ ölkələri İran və Türkiyə ilə sərhədə gömrük nəzarətinin götürülməsi ilə Şimal-Cənub dəhlizinin yaradılmasından faydalanacaq: “Bu gün Azərbaycanda Avrasiya İqtisadi İttifaqında görülən işlərə çox ciddi maraq var və ekspertlər səviyyəsində dialoq var. Biz bunu həqiqətən yüksək qiymətləndiririk. Və təbii ki, qarşılıqlı fəaliyyətimizin fonunda Avrasiya İqtisadi İttifaqında belə bir qüsursuz nəqliyyat və logistika dəhlizi yaratmaq həm Azərbaycan üçün, həm də Aİİ-yə üzv dövlətlərin özləri üçün açıq-aşkar iqtisadi faydadır. Düşünürəm  ki, bundan hər kəs faydalanacaq”.

Turan