-
- 20-05-2023, 12:59
- 330
Nikola hazırlanan “B” planı: sülhü imzaladığı andan... – DETALLAR
“Bizdə olan məlumata görə, danışıqlar prosesi ilə paralel olaraq müxtəlif platformalarda başqa diqqətəlayiq müzakirələr də aparılır. Diplomatik mənbələrdən verilən məlumata görə, mümkün Ermənistan-Azərbaycan sazişinin maraqlı mərkəzləri, xüsusən Qərbdə, sənədin imzalanmasından sonra Nikol Paşinyanın hakimiyyətdə qalmasının çox ciddi problem ola biləcəyini anlayaraq, bu günlərdə alternativ, “ehtiyat” variantı fəal müzakirə edirlər”.
News24.az xəbər verir ki bu barədə Ermənistanın “Past” nəşri yazır.
“Həmin mərkəzlər başa düşürlər ki, sülh müqaviləsini imzalayandan sonra Paşinyanı saxlamaq nəinki qeyri-mümkün, həm də arzuolunmazdır, onlar “B planı” tapmağa çalışırlar. Eyni mənbələrə görə, bu gün Paşinyanın dəyişdirilməsi məsələsi həm də öz siyasi maraqlarını qorumaq və onları sona qədər irəli aparmaq, gələcəkdə regional proseslərdən kənarda qalmamaq baxımından da əsasdır. Müvafiq olaraq, bir neçə mümkün namizəd müzakirə edilir ki, onlar da təbii ki, qərb qanadına aiddir. Yeri gəlmişkən, namizədlər arasında Paşinyanın komandasının bəzi nümayəndələri ilə yanaşı, hazırda Ermənistanın daxili siyasi həyatında fəal olmayan fiqurların da olduğu barədə məlumatlar var”, - “Past” yazıb.
Nəşrin əldə etdiyi məlumata görə, Moskvada da bu mövzuda oxşar müzakirələr olub.
Turan