Baş nazir: “İtaliyanın Ukrayna üçün “F-16” qırıcıları yoxdur”
    • 20-05-2023, 23:36
    • 267

Baş nazir: “İtaliyanın Ukrayna üçün “F-16” qırıcıları yoxdur”

“İtaliyanın Ukrayna üçün “F-16” qırıcı təyyarələri yoxdur, lakin bu ölkə ukraynalı pilotlara təlim keçməyi nəzərdən keçirəcək”.

News24.az-ın məlumatına görə, bunu İtaliyanın Baş naziri Corca Meloni bəyan edib.

“Bizim F-16-larımız yoxdur, ona görə də bu layihədə iştirak edə bilmərik. Amma söhbət ukraynalı pilotların mümkün hazırlığından gedir. Biz hələ bu qərarı verməmişik və müttəfiqlərlə müzakirə edirik”-deyə, o bildirib.

Qeyd edək ki, İtaliyanın Baş naziri Corc Meloni ölkəsindəki daşqınlar səbəbilə “G7” liderlərinin sammitindən İtaliyaya erkən qayıdıb.