Türkiyədə məscid imamı "seçkilər günü silahları hazırlayın" çağırışı etdi
    • 22-05-2023, 08:35
    • 131

Türkiyədə məscid imamı "seçkilər günü silahları hazırlayın" çağırışı etdi

Türkiyədə məscidlərdən birinin imamı 28 may prezident seçkilərinin ikinci turu ilə bağlı çağırış edib.

News24.az xəbər verir ki, İstanbul Sultanqazi Cebeci məscidinin imamı cümə namazı zamanı “Qardaşım, silahını hazırla. Mayın 28-i axşam silahlarınız hazır olsun. Mənim iki silahım ağzına qədər doludur" çağırışı edib. 

Məsələ ilə bağlı Diyanət İşləri İdarəsiaçıqlama verib. Bildirilib ki, məlum hadisə hazırda araşdırılır. /Haber Global/