Bill Qeyts ifşa edildi - Rus qadınla... - FOTO
    • 22-05-2023, 09:35
    • 122

Bill Qeyts ifşa edildi - Rus qadınla... - FOTO

ABŞ-ın nüfuzlu qəzetlərindən olan "Wall Street Journal" insan alveri, fahişəlik və cinsi istismar kimi cinayətlərdə ittiham olunan Epsteynin məxfi yazışmalarını dərc edib.

News24.az xəbər verir ki, sənədlərdə Epsteynin "Microsoft"-un həmtəsisçilərindən və dünyanın ən zəngin adamlarından biri kimi tanınan Bill Qeytsi hədələdiyi ortaya çıxıb.

Yazışmalarda o vaxt evli olan Qeytsin rusiyalı "bric" (körpü) oyunçusu ilə münasibətdə olduğu bildirilib. 

Epsteyn 2017-ci ildə göndərdiyi elektron məktubda onun assosiasiyasının təşəbbüsündə iştirak etməyən Qeytsi Mila Antonova adlı qadınla münasibətlərini açıqlaması ilə hədələyib.

Epsteynə yaxın mənbələr də bu iddianı təsdiqləyib.

Ən çox sevdiyi oyunlardan birinin "Bric" (körpü) olduğunu açıqlayan Qeyts 2010-cu ildə Antonova ilə tanış olub və həmin vaxt ikili turnirdə birlikdə yarışıb.

Antonova daha sonra San Fransiskoya köçüb və proqram mühəndisi kimi işləməyə başladı.