BMT Qərbin Ukraynaya “F-16”lar vermək niyyətinə cavab verib
    • 22-05-2023, 22:29
    • 246

BMT Qərbin Ukraynaya “F-16”lar vermək niyyətinə cavab verib

“BMT beynəlxalq hüquqa və nizamnaməsinə uyğun olaraq Ukrayna münaqişəsinin bitməsini istəyir”.

News24.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bir sıra Qərb ölkələrinin Ukraynaya “F-16” qırıcıları tədarük etmək qərarına münasibət bildirərkən deyib.

“Məqsədimiz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq qətnamələrə uyğun olaraq bu münaqişəyə son qoymaqdır”, - deyə Baş katibin sözçüsü bildirib.

Qeyd edək ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel bildirib ki, ittifaq yaxın vaxtlarda Ukraynanı “F-16” qırıcıları ilə təmin edə biləcək.