-
- 23-05-2023, 18:10
- 554
Nikol "Qarabağ Azərbaycandır" dedi, separatçılar təcili toplandı - Qarabağda müharibəyə hazırlıq...
Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdıqlarını, bura Qarabağın da daxil olduğu haqda dediklərindən sonra Xankəndidə separatçılar arasında çaxnaşma başlayıb. Gecə saatlarında separatçıların qondarma “parlamenti” təcili toplanıb. Erməni mənbələr yazır ki, dövlət orqanları, siyasi dairələrlə yanaşı, separatçılar arasında da ciddi narahatlıq yaranıb.
İlham Əliyev və Nikol Paşinyan eyni gündə sülh sazişinin imzalanması ilə bağlı niyyətlərini ifadə etdilər. Azərbaycan Prezidenti ötən gün litvalı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı bildirdi ki, sülh anlaşmasının imzalanması qaçılmazdır. Nikol Paşinyan da həmin gün jurnalistlər üçün keçirdiyi brifinqdə dedi ki, Ermənistan və Azərbaycan sülh sazişi ətrafında intensiv danışıqlar aparır. Paşinyan mayın 25-də Moskvada Azərbaycanla regional kommunikasiyaların açılması ilə bağlı sənədin imzalanmasının mümkünlüyünü istisna etməyib.
Beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov News24.az-a açıqlamasında bildirib ki, son zamanlar baş verən proseslər yaxın gələcəkdə sülh sazişinin imzalanmasını daha da real edib.
O bildirib ki, ilk növbədə Nikol Paşinyanın bəyanatları, Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qazaxın 7 kəndini və Naxçıvanın Kərki kəndini qaytarmağa hazır olduğunu bildirməsi bu prosesdə irəliləyişin göstəricisidir:
“Separatçı rejimin etirazları fonunda sülhə mane olan amillər də var. Separatçılar başa düşür ki, Ermənistanla sülh sazişi imzalanarsa, rus sülhməramlılarının bölgədə qalmasına ehtiyac olmayacaq. Bu isə cinayətlər rejimin rəhbərlərini iki seçim qarşısında qoyur: ya Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olmalı, ya da Qarabağı tərk etməlidirlər. Bu baxımdan onların prosesi əngəlləmək üçün təxribat törətmək ehtimalı var. Eyni zamanda Rusiya amilini də unutmaq olmaz. Moskvanın hansı gedişlər etməsi diqqəti cəlb etməlidir. Rusiya Qərbin prosesdə iştirakına hər vəchlə maneçilik törətməyə çalışır. Bu baxımdan mayın 25-də baş tutacaq Moskva görüşünün əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Rusiyanın hansı təkliflər irəli sürəcəyi, eyni zamanda hansı istəklərlə çıxış edəcəyi maraqlıdır”.
Ekspertin sözlərinə görə, Moskvada regional kommunikasiyaların açılması ilə bağlı sənəd imzalanarsa, bu, sülh prosesində kifayət qədər böyük addım olacaq:
“Regional kommunikasiyaların açılması tərəflər arasında inteqrasiyanı sürətləndirəcək. Bu, eyni zamanda dayanıqlı sülhün təmin olunmasına şərait yaradan bir məsələdir. Çünki dünyada sülh sazişini hələ də imzalamayan dövlətlər var. Məsələn: Rusiya və Yaponiya arasında müharibədən sonra hələ də sülh sazişi imzalanmayıb. Almaniya və Fransanın timsalında elə dövlətlər var ki, münasibətləri məhz inteqrasiya, regional kommunikasiya xətlərinin açılması ilə düzəldiblər. İki dövlət arasında kommunikasiya xətlərinin açılması, diplomatik münasibətlərin qurulması və inteqrasiya, hətta kağız üzərindəki sülh sazişindən daha önəmli çəkiyə sahib ola bilər. Çünki bu, tərəflər arasında düşmənçiliyə, kinə və nifrətə son qoya bilmək üçün yeganə addım kimi qiymətləndirilməlidir”.
Turan