-
- 24-05-2023, 12:48
- 501
Hesabatlarını təqdim etməyən nazirlik və qurumlar – SİYAHI
Hesabat ilində “Büdcə sistemi haqqında” qanunla müəyyən edilmiş hesabatlar bir sıra qurumlar tərəfindən Hesablama Palatasına təqdim edilməyib.
News24.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Qeyd edilib ki, “Büdcə sistemi haqqında” qanunun 18.3-1-ci maddəsinə əsasən büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanına, habelə Hesablama Palatasına təqdim edirlər. Təqdim edilmiş məlumatların təhlili göstərir ki, hüquqi aktda təqdim edilmə tarixinin 01 martadək olmasına baxmayaraq, bir sıra qurumlar tərəfindən hüquqi aktların tələblərinə riayət edilməyib və illik hesabatlar 2023-cü il 10 may tarixinədək Hesablama Palatasına göndərilməyib.
Qanunvericilikdə müəyyən edilmiş hesabat formalarını müvafiq tarixədək Hesablama Palatasına təqdim etməyən qurumlar:
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti
“BakuBus” MMC
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti
Beynəlxalq Muğam Mərkəzi
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
“Bakı Kristal Zalı” MMC
“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ
“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” PHŞ
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” PHŞ
Qeyd edək ki, dövlət müəssisələri (MMC, ASC,QSC və s.) tərəfindən büdcənin icrası ilə bağlı aidiyyəti hesabatlar bəzi hallarda təqdim edilmir.