Prezident seçilsəm, bu ölkəyə sanksiya tətbiq edəcəyəm - Kılıçdaroğlu
    • 24-05-2023, 17:08
    • 217

Prezident seçilsəm, bu ölkəyə sanksiya tətbiq edəcəyəm - Kılıçdaroğlu

Prezident seçkilərinin ikinci turunda qalib gəlsəm, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyəm.

News24.az xəbər verir ki, bunu Türkiyənin müxalifət lideri Kamal Kılıçdaroğlu deyib. 

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan isə Rusiya əleyhinə sanksiyalar tətbiq etmək fikrində olmadığını açıqlayıb. O qeyd edib ki, yenidən prezident seçiləcəyi təqdirdə ölkə digər dövlətlərə münasibətdə dostluq siyasətini davam etdirəcək.

Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

Turan