Şirvanda mağazada ödəmə terminalından oğurluq edildi
    • 25-05-2023, 10:54
    • 152

Şirvanda mağazada ödəmə terminalından oğurluq edildi

Şirvanda oğurluq olub.

News24.az xəbər verir ki, oğurluq Şirvan şəhərində yeni qəsəbədə fəaliyyət göstərən mağazada qeydə alınıb. İlkin məlumata görə, mağazada olan terminalların pul saxlancı kəsilərək oğurlanıb. Eyni zamanda mağazanın müşahidə kamerasının yaddaş qurğusu da götürülüb. DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna bildirilib ki, bu gün səhər saatlarında Şirvan şəhəri ərazisində yerləşən mağazaların birində quraşdırılmış ödəmə terminalından oğurluq edilməsi ilə bağlı Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisə yerində olublar və ilkin istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində müvafiq araşdırmalar aparılır, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.