-
- 26-05-2023, 16:30
- 293
Ermənilərin Zəngəzur QORXUSU: “İlk dəfə eşidirik, Putin Əliyevi dəstəklədi”
“Ermənistan tərəfi ilk dəfə olaraq eşidir ki, Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi Zəngəzur dəhlizi ilə bağlı fikirlərini dəstəkləyir.
News24.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan deyib.
“Ermənistan hakimiyyəti dəfələrlə dəhliz məsələsinin onlar üçün qırmızı xətt olduğunu bildirib. Bu, dünənki iclasda bir daha təsdiqləndi”, - deyə Hovhannisyan bildirib.
Xatırladaq ki, Moskvada keçirilən Ali Avrasiya İttifaqı Şurasının iclasında İlham Əliyev “biz həm də Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etmişik. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, eyni zamanda, beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq” dedi. Buna görə Ermənistanın baş naziri üsyan qaldırdı.
Rusiyanın “Kommersant” nəşri yazır ki, deyilənlərdə super təxribat xarakterli heç nə yox idi, əslində yaxşı təşəbbüs idi və erməni baş nazir danışmaya da bilərdi. Əliyev isə Paşinyanın üsyanından dərhal sonra bəyan etdi ki, “Azərbaycanda beynəlxalq hava limanlarından ikisi işğaldan azad edilmiş Füzuli və Zəngilanda inşa edilib. Azad edilmiş Laçında daha biri tikilir və 2025-ci ildə istifadəyə veriləcək”. Vladimir Putin isə “Prezident Əliyevin nitqindən anladığım nəqliyyat kommunikasiyaları da daxil olmaqla, müvafiq razılaşmaların əldə olunması ilə bağlıdır” deyə qeyd edib.
Turan