Ukrayna Gürcüstanın adını dəyişdirir
    • 27-05-2023, 15:48
    • 182

Ukrayna Gürcüstanın adını dəyişdirir

Ukrayna Ali Radası Gürcüstanın rəsmi olaraq “Sakartvelo” adlandırılmasını təklif edib.

News24.az xəbər verir ki, bu qərarın iki ölkəni bir-birinə yaxınlaşdıracağı iddia olunur.

Qanun layihəsində bildirilir ki, Ukrayna rəsmi səviyyədə, rəsmi yazışma və ünsiyyətdə, eləcə də kütləvi informasiya vasitələrində “Gürcüstan”ın əvəzinə “Sakartvelo” rəsmi və tarixi adından istifadə etməlidir. Həmçinin gürcü xalqının rəsmi olaraq “kartvelli” adlandırılması təklif edilir.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tiflisi yaxınlaşdırmaqla yanaşı, ölkəni ruslaşmış addan azad edəcək.

Bundan əvvəl Ukraynada Rusiyanın adının “Moskva” olaraq dəyişdirilməsi təklif olunmuşdu./teleqraf.com/