Akşener Ərdoğanı təbrik etdi
    • 28-05-2023, 23:13
    • 179

Akşener Ərdoğanı təbrik etdi

Millətimizin bizə verdiyi müxalifət vəzifəsini yerinə yetirəcəyik. Seçici bizim üçün ən təmiz meyardır.

News24.az xəbər verir ki, bunu İYİ Partiyanın sədri Meral Akşener deyib.

“Millətimiz seçkidə deyəcəyini söylədi. Seçicilərimiz seçkinin nəticələrinə pessimist yanaşmamalıdır. Bu müddətdən sonra millətimizin tələblərini dinləyəcəyik və heç bir qorxunun əsiri olmasına imkan verməyəcəyik. Yenidən prezident seçilən cənab Ərdoğanı da təbrik edirəm. Biz cənab Ərdoğanın seçkinin nəticələrindən dərs çıxarmasını gözləyirik”, - partiya sədri bildirib.