Azərbaycanda 19 ilin rekordu
    • 29-05-2023, 12:49
    • 110

Azərbaycanda 19 ilin rekordu

Azərbaycan Premyer Liqasının başa çatan 2022/23 mövsümündə 475 qol vurulub. 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir.

News24.az xəbər verir ki, bu, son 19 mövsüm üçün rekord göstəricidir. 2004/05 mövsümündən indiyədək olan müddətdə belə məhsuldarlıq qeydə alınmayıb.

Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/04 mövsümündə gerçəkləşib. Həmin vaxt baş tutan 167 oyunda 485 qol vurulub, orta göstərici 2,90 olub.

Qeyd edək ki, 2021/22 mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,60-a bərabər olub.