Sərnişinlərin nəzərinə: Gediş haqqı qiymətləri artırılır
    • 24-07-2018, 13:28
    • 1 254

Sərnişinlərin nəzərinə: Gediş haqqı qiymətləri artırılır

27 iyul 2018-ci ildən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova news24.az-a bildirib ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10 faiz artırılacaqdır.