"Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçib
    • 4-06-2019, 18:56
    • 1 168

"Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçib

Bayram günlərində sərnişin sıxlığının  artması ilə əlaqadar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) gücləndirilmiş iş rejiminə keçib. 

Bunu News24.az-a açıqlamasında qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib. Onun sözlərinə görə, bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar olaraq rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmiryolunun xidmətindən istifadəyə üstünlük verir: "Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları Departamentinin kollektivi Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyytinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. Sərnişin sıxlığının artması ilə əlaqadar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonlarln qoşulması təmin edilir".  
Afaq Mirayiq