-
- 22-05-2023, 12:25
- 286
Sinan Oğanın kimi dəstəkləyəcəyi BƏLLİ OLDU - Saatlar sonra onun adını açıqlayacaq
Türkiyədə ATA blokunun prezidentliyə namizədi Sinan Oğan II turda kimi dəstəkləyəcəyini bu gün saat 17:00-da elan edəcək.
News24.az xəbər verir ki, “Hüriyyət” qəzeti Oğanın hansı namizədi dəstəkləyəcəyi haqda məlumat əldə edib.
Nəşr yazır ki, Oğan hər iki tərəflə - Ərdoğan və Kılıçdaroğlu ilə görüşüb və o, seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayacaq.
“Mənə verilən məlumata görə, Sinan Oğan bu gün seçkilərin ikinci turunda Prezident Ərdoğanı dəstəkləyəcəyini açıqlayacaq. O, Kılıçdaroğlunu dəstəkləməyəcəyini bəyan edəcək, çünki o, terror təşkilatlarını dəstəkləyir”, – hökumət dairələrinə yaxın köşə yazarı Abdulkadir Selvi yazıb.
Nəşrin məlumatına görə, Oğan bu gün “yalnız açıqlama verməyəcək, Ərdoğanla müzakirə etdiyi məqamları da açıqlayacaq”.
“Bu məqamlar belədir: Konstitusiyanın ilk dörd maddəsinin dəyişdirilməməsi. Türk kimliyinin Konstitusiyadan çıxarılması cəhdlərinin qarşısının alınması, hər növ terror təşkilatları və terrorizmlə mübarizə, sığınacaq axtaran şəxslərin plana uyğun olaraq mərhələli şəkildə deportasiyası, beynəlxalq bazarlara uyğun iqtisadi siyasətin işlənib hazırlanması və faiz dərəcələri siyasətində daha çevik addımların atılması”, - qəzet qeyd edib.
Turan