-
- 1-06-2023, 13:00
- 329
“Bu kimi hadisələrdə günahkar valideynlər və müəllimlərdir" - Ərşad Hüseynov
Uşaqları öyrətməyin ən yaxşı yolu onlara nümunələr göstərmək lazımdır. Bizim vətədaş kimi, sürücü kimi davranışımızı ətraf görür. Əgər biz uşaqlara yol hərəkət qaydalarını nəzəri formada tədris edib, özümüz qaydaları pozuruqsa, o zaman uşaqlar bundan heç nə öyrənməyəcək. Uşaqları tərbiyə etmək istəyiriksə, böyüklərdən başlamalıyıq. Onlar yaxşı nümunə olduğu təqdirdə uşaqlar da yol- hərəkəti qaydalarına düzgün əməl edəcək.
News24.az xəbər verir ki, bunu “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı işgüzar konfransda çıxışı zamanı nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
Ekspert əlavə edib ki, uşaqların zərər çəkdiyi hadisələrdə uşaqlar heç vaxt günahkar deyil: “Bu kimi hadisələrdə günahkar valideynlər, müəllimlərdir. Uşaqları qorumaq istəyiriksə, onlarda davranış mədəniyyəti formalaşdırmalıyıq.
Qumral ƏLİYEVA