Ramil Usubov Abdulla Qurbaninin oğlunun yerinə onu təyin etdi
    • 8-10-2018, 17:15
    • 3 053

Ramil Usubov Abdulla Qurbaninin oğlunun yerinə onu təyin etdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Dövlət Yol Polisində növbəti kadr dəyişikliyi edib.
 Ramil Usubovun müvafiq əmri ilə polis kapitanı Cavid İsgəndərzadə Suraxanı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Sözügedən xəbəri Suraxanı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsindən təsdiqləyiblər. 

Qeyd edək ki, Suraxanı rayonun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəis müavini Novruz Abdulla oğlu Qurbani idi. O, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğludur.
//Unikal.org-a