Məşhur cütlük boşanır - FOTOLAR
    • 2-06-2023, 12:15
    • 331

Məşhur cütlük boşanır - FOTOLAR

Türkiyəli aktrisa Ceyda Düvenci həyat yoldaşı Bülent Şakrakdan boşanır. 

News24.az xəbər verir ki, 8 il öncə evlənən cütlüyün bir müddət öncə ayrılmağı barədə iddialar olsa da, onlar terapiyaya getdiklərini, aralarını düzəltdiklərini söyləyib. Bir müddət sonra isə cütlük terapiyaya baxmayaraq yollarını ayırmağa qərara alıb.

Qeyd edək ki, bu boşanma aktrisanın üçüncü boşanması olacaq. Düvenci 2000-ci ildə aktrisa Kaan Girginlə ailə qurub, 2 ildən sonra ayrılıb. 2008-ci ildə Engin Akgünlə evli olan Ceyda Düvencinin bu evlilikdən də Melisa adlı qızı dünyaya gəlib. Sözügedən ayrılıq isə Bülent Şakrakın ikinci boşanması olacaq. Şakrak 2006-cı ildə həmkarı Özge Borakla ailə qurub, 2010-cu ildə isə cütlük yollarını ayırıb.