Şəmkirdə ata-oğul küçədə DÖYÜLDÜ
    • 2-06-2023, 13:20
    • 215

Şəmkirdə ata-oğul küçədə DÖYÜLDÜ

Şəmkirdə ata-oğul küçədə döyülüb.

News24.az xəbər verir ki, hadisə rayonun "Üç yol" adlanan ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakinləri - 1977-ci il təvəllüdlü Ə.Qasımov və onun oğlu, 1999-cu il təvəllüdlü A.Qasımov mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Onların kim tərəfindən döyülməsi və mübahisənin başvermə səbəbləri araşdırılır.