Cəlilabadda itkin düşən 14 yaşlı oğlan Bakıda tapıldı
    • 2-06-2023, 22:28
    • 244

Cəlilabadda itkin düşən 14 yaşlı oğlan Bakıda tapıldı

Bir neçə gün bundan əvvəl itkin düşən yeniyetmə tapılıb.

Cəlilabad rayon sakini 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində P.Quliyevin Bakı şəhərində olduğu məlum olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və o, artıq ailəsinə təhvil verilib.