-
- 5-06-2023, 10:30
- 316
CHP-də "kreslo savaşı": Kılıçdaroğlunun yerinə o gəlir – ŞOK İDDİA
Ötən cümə axşamı CHP-nin 17 üzvünün istefası ilə nəticələnən Mərkəzi İdarə Heyətinin (MYK) iclasından sonra gözlər yeni idarə heyətinə çevrilib və idarəçilikdə yer tutmaq uğrunda yarış başlayıb.
News24.az “Haber7”ə istinadla xəbər verir ki, məlumata görə, yeni administrasiyanın müəyyənləşdirilməsi prosesində bəzi namizədlər özlərini idarə heyətinə daxil etmək üçün günlərlə lobbiçilik ediblər.
Seçki məğlubiyyəti ilə bağlı İdarə Heyətinin üzvlərini günahlandıran CHP sədri Kamal Kılıçdaroğlu ona qarşı reaksiyaların qarşısını almaq üçün cümə axşamı günü 17 nəfərin istefasını qəbul edib.
Yeni MYK-nın təyini zamanı şənbə günü Partiya Məclisinə (PM) başçılıq edən Kılıçdaroğlunun kulisdə adı çəkilən bəzi adları lobbiçilik edərək kreslo savaşına girdiyi iddia edilib.
Digər tərəfdən, son zamanlar Kılıçdaroğlu ilə tez-tez görüşən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun partiyaya nəzarətini tədricən artırması diqqət çəkir.
CHP-nin Məclisdə qrup sədr müavini təyin edilən adlardan biri olan Gökhan Günaydın İmamoğluna yaxınlığı ilə tanınır.
“Sabah” qəzetinin iddialarına görə, keçmişdə Kılıçdaroğluna qarşı ritorikası ilə gündəmə gələn Günaydının vəzifəyə təyin olunmasında İmamoğlunun böyük rol oynadığı bildirilib.
Qeyd olunur ki, yeni təyin olunan İdarə Heyətində İmamoğluna yaxın adların olacağı dəqiqdir. İmamoğlunu sədrlik yarışında rəqib görmək istəməyən Kılıçdaroğlunun gələcəkdə yeni güzəştlərə gedə biləcəyi qeyd edilib.
Akqabay