İmtahana ayaqqabısının altında telefon keçirmək istədi - FOTO
    • 5-06-2023, 11:35
    • 203

İmtahana ayaqqabısının altında telefon keçirmək istədi - FOTO

I qrup üzrə qəbul imtahanı zamanı abituriyentin ayaqqabısının altında mobil telefon aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə DİM-in nəzarətçisi Elyar İslamoğlu sosial şəbəkə hesabında paylaşım edib.

“Hər imtahandan qabaq abituriyentlərə imtahan qaydalarının pozulmaması üçün xəbərdarlıq edilir. Amma yenə də qayda pozanlar olur. Hörmətli valideynlər, imtahana buraxılış vərəqəsi çap ediləndən sonra orada yazılanları övladınızla birlikdə oxuyun. Övladlarınızı qayda pozuntusundan çəkindirin. İmtahan zamanı telefon aşkar edilməsi imtahan nəticəsinin ləğv edilməsinə səbəb olur”, - deyə o qeyd edib.