Türkiyənin yeni maliyyə nazirinin ilk açıqlamaları bazara inanılmaz təsir etdi
    • 5-06-2023, 12:10
    • 112

Türkiyənin yeni maliyyə nazirinin ilk açıqlamaları bazara inanılmaz təsir etdi

Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşekin ilk açıqlamaları maliyyə bazarı iştirakçılarına müsbət təsir edib və yeni iqtisadi siyasət milli valyutanın dollar qarşısında möhkəmlənməsinə səbəb ola bilər. 

News24.az xəbər verir ki, bu barədə “Dünya” qəzeti yazır.

“Şimşekin şəffaflıq, ardıcıllıq, proqnozlaşdırıla bilənlik və beynəlxalq normalara uyğunluğun sosial rifahın artırılması məqsədinə çatmaqda əsas prinsip olacağı barədə bəyanatı bazar iştirakçıları tərəfindən müsbət qəbul edilib”, - nəşr qeyd edib.

Nəşrin fikrincə, iqtisadiyyatda baş verən dəyişikliklər qısa müddətdə lirənin dollar qarşısında məzənnəsinə müsbət təsir göstərə bilər. Lakin müsbət dəyişikliklərin müddəti yeni addımların nə qədər intensiv atılmasından asılı olacaq.

Məqalə müəlliflərinin fikrincə, Şimşek ölkədə iqtisadiyyat sahəsində ən güclü mütəxəssislərdən biridir.

Akqabay