Təyyarə qəzası: Sağ qalan olmadı
    • 5-06-2023, 14:18
    • 167

Təyyarə qəzası: Sağ qalan olmadı

Xilasedicilər ABŞ-ın Virciniya ştatında qəzaya uğrayan "Cessna Citation" təyyarəsinə baxış zamanı aşkar ediblər ki, qəzadan bir nəfər belə sağ çıxmayıb.

News24.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

"Həyatda qalan tapılmayıb", - polisin bəyanatında yazılıb.

Məlumata görə, təyyarənin göyərtəsində dörd nəfər olub.

Bildirilir ki, təyyarə avtopilotla uçub və təmas yaratmaq üçün göndərilən qırıcı pilotların cəhdlərinə cavab verilməyib.