Bakıda 56 yaşlı qadını avtomobil vurub
    • 28-04-2024, 10:24
    • 165

Bakıda 56 yaşlı qadını avtomobil vurub


Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az “Report”a istinadla xəbər verir ki, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.