Bu rayonların sakinlərinə XƏBƏRDARLIQ: Qaz kəsiləcək
    • 6-06-2023, 12:39
    • 134

Bu rayonların sakinlərinə XƏBƏRDARLIQ: Qaz kəsiləcək

2023-cü ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qazın fasiləsiz ixrac edilməsi, qaz nəql sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax" yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq.

News24.az xəbər verir ki, 06.06.2023-cü il tarixində saat 14:00-dan etibarən 08.06.2023-cü il tarixində işlər başa çatanadək "Qarasu" və "Muğan" QPS-lərdən, həmçinin "Gilan Seramik" MMC qaz ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Məlumata görə, 06-08.06.2023 tarixlərində təmir işləri aparılan müddətdə Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin qaz təchizatında fasilə yaranacaq.